"NATO Rusiya və Belarus sərhədləri yaxınlığında döyüş hazırlığını artırır" - Şoyqu

 17:58 04.04.2023     451

NATO Rusiya və Belarus sərhədləri yaxınlığında döyüş hazırlığını artırır və fəaliyyətini intensivləşdirir ki, bu da Ukraynada münaqişənin genişlənməsi riskini yaradır, lakin "xüsusi əməliyyat"ın nəticələrinə təsir etməyəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

"NATO birləşmiş silahlı qüvvələrin döyüş hazırlığının artırılması, Rusiya və Belarus sərhədləri yaxınlığında döyüş hazırlığı və kəşfiyyat fəaliyyətinin gücləndirilməsi üçün kompleks tədbirlər həyata keçirir" - o, deyib.

Finlandiyanın NATO-ya üzv olmasını da qeyd edən Şoyqu eyni zamanda, vurğulayıb ki, bütün bunlar münaqişənin əhəmiyyətli dərəcədə genişlənməsi riskləri yaradır, lakin Rusiyanın Ukraynada apardığı "xüsusi əməliyyat"ın nəticələrinə təsir göstərməyəcək.

Eyni zamanda, müdafiə naziri qeyd edib ki, Şimali Atlantika Alyansı ölkələri anti-Rusiya kursunu gücləndirir və bu, Ukraynada münaqişənin kəskinləşməsinə gətirib çıxarır. Beləliklə, ABŞ və müttəfiqləri Ukraynaya hərbi yardımı artırır. "Bildirilib ki, təkcə bu il onlar Qərb istehsalı olan 200-dən çox tank, 400-dən çox müasir zirehli döyüş maşını tədarük etməyə hazırdırlar. Ukrayna ordusu uzaq mənzilli silahlar, o cümlədən 150 km-ə qədər artırılan raketlər alır" - Şoyqu deyib.

Bundan əlavə, nazir xatırladıb ki, Qərb “300 km-ə qədər buraxılış məsafəsinə malik ATACMS taktiki raketlərini, həmçinin F-16 taktiki qırıcılarını Kiyevə ötürmək imkanını” nəzərdən keçirir.

Turan İSMAYIL