"İran nüvə silahı əldə etsə, bütün dünyanı girov götürəcək" - Netanyahu

 21:25 04.04.2023     523

 İsrailin baş naziri Benyamin Netanyahu hesab edir ki, İran nüvə silahına çıxış əldə edərsə, bütün dünya bu dövlətin girovluğunda olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində bildirib.

"İranın nüvə silahı əldə etməsinə mane olmasaq, özümüzü başqa bir reallıqda tapacağıq ki, bütün dünya bizi məhv etmək istəyən bir tərəfin girovluğunda olacaq", - İsrailin baş naziriyazıb.

Netanyahu əlavə edib ki, bu səbəbdən İranın nüvə silahı əldə etməsinin qarşısını almaq İsrail üçün əsas vəzifədir.

Tunar Altunbay