Tramp həbs OLUNDU

 21:37 04.04.2023     550

ABŞ-ın keçmiş prezidenti Donald Tramp rəsmən həbs edilib.

Redaktor.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Tramp özü həbsinə “İnanmıram, Amerikada bu baş verir” deyə reaksiya verib.

Həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək. Yarım saat ərzində Trampın məhkəməni sərbəst buraxacağı gözlənilir.

Amerika prosessual hüququnda həbs böyük münsiflər heyətinin qərarı nəticəsində ittiham irəli sürülməsinin məcburi hissəsidir. Həbs həbsxanaya salınmaq demək deyil. Təqsirləndirilən şəxs yalnız ittiham irəli sürülən zaman həbsdə qalır.

Tramp əvvəllər həbslə nəzərdə tutulan faktiki olaraq bütün əlavə prosedurlardan azad edilib.

Onun əlləri qandallanmayacaq, iş materialları üçün şəkli çəkilməyəcək, barmaq izləri əvvəlcədən götürülüb.

Tunar Altunbay