Mehmetcikdən terrorçulara daha bir ZƏRBƏ

 22:55 04.04.2023     352

Türkiyə ordusu İraqın şimalındakı Qara bölgəsində yerləşən PKK terrorçularına zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə hərbçiləri ərazidə təsbit edilən 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Qeyd olunub ki, Türkiyə ordusu terrorla mübarizəni davam etdirir.