"Baltikyanı ölkələrə qoşun göndərməyə hazırıq" - İsveç XİN rəhbəri

 23:40 04.04.2023     347

“NATO-ya Finlandiya ilə birlikdə daxil olmaq bizim üçün çox əhəmiyyətli idi”.

Redaktor.az Haber Globala istinadən xəbər verir ki, bu sözləri İsveç xarici işlər naziri Tobias Billström “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

“İyunun 1-də qüvvəyə minəcək qanunun son hissəsi istisna olmaqla biz Türkiyə ilə imzalanmış memorandumda qeyd olunan bütün öhdəlikləri yerinə yetirdik. Bu səbəbdən də Macarıstan parlamentarilərinin üzvlüyümüzü təsdiqləməsini gözləyirik”, - deyə o bildirib.

Billström vurğulayıb ki, lazım gələrsə, alyansın şərq cinahını gücləndirmək üçün Baltikyanı ölkələrə qoşun göndərməyə hazırdırlar.