Zelenski Polşaya getdi

 11:37 05.04.2023     461

Ukrayna prezidenti Volodimir Zelenski Polşaya rəsmi səfərə edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Ukrayna liderinin mətbuat katibi Serhi Nikiforov bildirib.

"Ukrayna prezidenti və birinci xanımın Polşaya rəsmi səfəri başlayıb. Zelenskinin səfər proqramına, Prezident Anjey Duda, baş nazir Mateuş Moravetski ilə ikitərəfli görüşlər, sənədlərin imzalanması daxildir",- o, Facebook-da yazıb.

Nikiforov qeyd edib ki, Zelenski Ukrayna-Polşa biznes forumu çərçivəsində Polşa biznesinin nümayəndələri və Ukrayna ilə həmsərhəd şəhərlərin merləri ilə də görüşəcək.

Bundan əlavə, onun polyaklara və ukraynalılara müraciət edəcəyi gözlənilir.

Arzu İSMAYIL