Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək

 12:23 05.04.2023     291

Avropa İttifaqı bu həftəsonu qeyd olunan Katolik Pasxa bayramından sonra Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin tətbiqini müzakirə edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Politico” qəzetinin Avropa nəşri məlumat yayıb.

Qəzetə üç avropalı diplomat bildirib ki, Pasxa həftəsonundan dərhal sonra Avropa Komissiyası ilə Avropa İttifaqına üzv olan ölkələrin səfirləri arasında məsləhətləşmələrin yeni mərhələsi planlaşdırılır.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen 11-ci sanksiyalar paketinin onlardan yan keçməyin müxtəlif üsullarına qarşı yönəldiləcəyini bildirib.

Xatırladaq ki,  Aİ ölkələri Macarıstan üçün bu sanksiyalar paketindən azad olunmaqla, "Rosatom"a qarşı sanksiyaları və Rusiyanın Avropadakı nüvə sektoruna məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirir.

Arzu İSMAYIL