İspaniya Ukraynaya 6 “Leopard” göndərəcək

 12:59 05.04.2023     259

İspaniya hakimiyyəti aprelin ikinci yarısında Ukraynaya altı Leopard tankı göndərməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bunu Krallığın müdafiə naziri Marqerita “Robles Televisión Española” televiziyasına müsahibəsində deyib.

"Bizim fikrimiz odur ki, aprelin ikinci yarısında Ukraynaya altı tank göndəriləcək", - idarə rəisi bildirib.

O, aydınlaşdırıb ki, Madrid artıq Kiyevə təhvil verməyi planlaşdırdığı daha dörd döyüş maşınının bərpasına başlayıb.

Eyni zamanda, nazir qırıcı təyyarələrin Ukraynaya ötürülməsi ehtimalını da istisna etməyib.

Arzu İSMAYIL