Finlandiyanın NATO-ya daxil olması Rusiya üçün təhlükə yaradır - Peskov

 13:53 05.04.2023     340

Finlandiyanın NATO-ya daxil olması Rusiya üçün əlavə təhlükə yaradır və Avropada təhlükəsizliyi gücləndirmir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu, şübhəsiz ki, Avropa qitəsində sabitliyin, təhlükəsizliyin və proqnozlaşdırıla bilənliyin möhkəmlənməsinə töhfə verməyən hadisədir", - Kremlin sözçüsü aprelin 5-də jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Finlandiyanın NATO-ya daxil olması “Rusiya Federasiyası üçün əlavə təhlükə yaradır”.

Peskov bildirib ki, Finlandiya NATO-ya daxil olduqdan sonra Rusiya Federasiyasının təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlərə ehtiyacı olacaq, o, lazım olan hər şeyi edəcək.

Qeyd edək ki, aprelin 4-də Finlandiya rəsmən NATO-ya üzv qəbul edilib. Bununla da NATO üzvlərinin sayı 31-ə yüksəlib. Əgər Türkiyə və Macarıstan parlamentləri İsveçin də alyansa üzvlüyünə razılıq versə, o zaman NATO üzvlərinin sayı 32 olacaq.

Turan İSMAYIL