Kreml Trampın həbsini şərh etmədi

 14:08 05.04.2023     290

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın keçmiş prezidenti Donald Trampın həbsi ilə bağlı vəziyyəti şərh etməyib.

Redaktor.az-ın TASS-a istinadla məlumatına görə, Kremlin sözçüsü izah edib ki, Moskva Vaşinqtonun işlərinə qarışmağı caiz hesab etmir və eyni şeyi həmkarlarından da gözləyir.

"Bizim hansısa yolla ABŞ-ın daxili işlərinə qarışmağa haqqımız yoxdur və hesab edirik ki, ABŞ-ın da bizim işlərimizə qarışmağa haqqı yoxdur. Ona görə də bu barədə şərh vermək istəməzdik" - deyə Peskov Kremlin bu vəziyyətlə bağlı öz fikri varmı sualına cavab olaraq deyib.

Turan İSMAYIL