"Rusiya Ukrayna ilə danışıqlar üçün heç bir perspektiv görmür" - Peskov

 14:19 05.04.2023     305

Kiyevlə danışıqlar perspektivləri hələ görünmür.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu gün jurnalistlərə bildirib.

Kremlin Kiyevlə danışıqların bərpası və ya Kiyevin iştirakı olmadan Ukraynanın gələcəyi ilə bağlı danışıqların aparılması imkanlarına necə baxdığı ilə bağlı suala Peskov qeyd edib ki, hazırda belə perspektivlər görünmür.

"Biz bunun üçün hələlik heç bir perspektiv görmürük, ona görə də burada əlavə ediləcək heç nə yoxdur", - Kreml sözçüsü bildirib.

Turan İSMAYIL