"Rusiya müqavilələrin yerinə yetirilməsini tələb edir" - Çavuşoğlu

 15:12 05.04.2023     373

Türkiyə Rusiya Federasiyasından taxıl və gübrə tədarükündəki maneələri aradan qaldırmaq üçün BMT ilə əməkdaşlığı davam etdirir.

Redaktor.az xəbər verir ki, bunu Brüsseldə keçirdiyi mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Bu dəfə taxıl sövdələşməsi 60 gün uzadılıb, Rusiya müqavilələrin yerinə yetirilməsini tələb edir. Biz bununla bağlı BMT ilə işləyirik. Bildiyiniz kimi, gəmi sığortası, bank əməliyyatları, gəmilərə xidmət sahələrində maneələr var. Burada əsas ölkələr Birləşmiş Ştatlar və Böyük Britaniyadır, ona görə də biz bu mövzuları ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniya xarici işlər naziri Ceyms Kleverli ilə müzakirə etdik" - o, vurğulayıb.

Qeyd edək ki, Çavuşoğlunun çıxışı onun tviter hesabında yayımlanıb.

Turan İSMAYIL