Putin daha bir generalı işdən ÇIXARDI

 15:50 05.04.2023     407

Rusiya Prezidenti Vladimir Putin öz sərəncamı ilə general-polkovnik Nikolay Qreçuşkini Fövqəladə Hallar Nazirliyinin rəis müavini vəzifəsindən azad edib.

Redaktor.az xəbər verir ki, sənəd aprelin 5-də rəsmi internet portalında dərc olunub.

“General-polkovnik Nikolay Nikolayeviç Qreçuşkin mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması nazirinin müavini vəzifəsindən azad edilsin”, - sərəncamın mətnində deyilir.

TASS qeyd edir ki, Fövqəladə Hallar Nazirliyində Qreçuşkin maddi-texniki təminat üçün cavabdeh idi. Bir həftə əvvəl Fövqəladə Hallar Nazirliyi rəisinin birinci müavini, daxili xidmət general-polkovniki Aleksandr Çupriyayan tutduğu vəzifədən azad edilib. Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin rəhbərinin nazirlik haqqında əsasnaməyə əsasən, doqquz müavini olmalıdır. Hazırda birinci müavin və iki nazir müavini vəzifəsi vakant olaraq qalır.

Turan İSMAYIL