Berluskoni xəstəxanaya yerləşdirildi

 15:52 05.04.2023     362

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni növbəti dəfə Milanın San Raffaele klinikasına yerləşdirilib.

Redaktor.az xəbəbr verir ki, “Corriere della Sera” qəzetinin yazdığına görə, o, ağciyərlərində yaranan problemlərə görə reanimasiyadadır.

ANSA isə İtaliyanın kecmiş baş nazirin vəziyyətinin stabil-ağır olduğu barədə məlumat yayıb.

Qeyd edək ki, 86 yaşlı senator sonuncu dəfə tibbi müayinədən keçmək üçün keçən həftə Milan klinikalarından birinə yerləşdirilib. Bir neçə il əvvəl ürəyindən kifayət qədər ciddi əməliyyat keçirən Berluskoni vaxtaşırı belə müayinələrdən keçir. 2020-ci ilin sentyabr ayında o, covid xəstəliyindən ağır xəstə olub.

Xatırladaq ki, dörd dəfə baş nazir olmuş Berluskoni İrəli İtaliya partiyasına rəhbərlik edir.

İndi o, hakim koalisiyanın üzvüdür.

Tunar Altunbay