Ukrayna ilə Polşa arasında sərhəd olmayacaq - Zelenski

 16:26 05.04.2023     368

“Qonşuların görüşü, müttəfiqlərin görüşü, tərəfdaşların görüşü, dostların görüşü. Xalqlarımız naminə. Gələcəkləri naminə".

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski polşalı həmkarı Anjey Duda ilə görüşü barədə özünün Teleqram kanalında yazıb.

O, daha sonra qeyd edib:

"Gələcəkdə xalqlarımız arasında heç bir sərhəd olmayacaq: siyasi, iqtisadi və - çox vacib olan - tarixi. Ancaq bunun üçün hələ də qalib gəlmək lazımdır. Bunun üçün bir az daha yan-yana gəzmək lazımdır".

Qeyd edək ki, Zelenski bu gün Polşada rəsmi səfərdədir.

Turan İSMAYIL