Türkiyə ABŞ-dan F-16 təyyarələri alır? - Çavuşoğlu Blinkenlə danışdı
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 5-də Brüsseldə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə İsveçin NATO-ya qəbulu və Ankaranın Vaşinqtondan F-16 təyyarələri alması prosesini müzakirə edib.
Redaktor.az xəbər verir ki, bu barədə Çavuşoğlu Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
"Bizim Blinkenlə danışıqlar aparmaq imkanımız oldu, bu danışıqlarda İsveçin NATO-ya daxil olması prosesini müzakirə etdik, həmçinin F-16 təyyarələrinin alınmasına toxunduq. Türkiyənin müraciətini təsdiqləməsi üçün İsveçin NATO-ya daxil olmaq üçün hansı addımları atmalı olduğunu izah etdik”, - o, vurğulayıb.
Qeyd edək ki, Çavuşoğlunun çıxışı onun Tviter hesabında canlı yayımlanıb.
Turan İSMAYIL