Putin dünyada vəziyyəti ağır adlandırdı

 16:56 05.04.2023     341

Dünyada yığılmış ziddiyyətlər ölkələr arasında məhsuldar əməkdaşlığa mane olur.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin aprelin 5-də xarici ölkələrin səfirlərinin etimadnaməsini təqdim etmə mərasimində bildirib.

"İndi dünyada vəziyyət sadə deyil, bir çox ziddiyyətlər toplanıb ki, onlar bəzən həll olunmaz görünür və çox vaxt dövlətlər arasında normal, məhsuldar qarşılıqlı fəaliyyətə mane olur. Amma yenə də ümid etmək istərdim ki, rəhbərlik etdiyiniz səfirliklərin fəaliyyəti ölkələrimiz arasında əməkdaşlığın inkişafına xidmət edəcək, bu məsələdə öz töhfəsini verəcəkdir”, - deyə Rusiya dövlətinin başçısı bildirib.

Turan İSMAYIL