"Rusiya və ABŞ müharibənin astanasındadır" - Lavrov

 21:50 05.04.2023     532

Vaşinqton Kiyevi silahla təmin etdiyi üçün Rusiya və ABŞ müharibənin astanasındadır.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya-1" telekanalına şərhində deyib.

“Biz həqiqətən də müharibənin qaynar mərhələsindəyik, çünki ukraynalı nasistlər ilk növbədə Amerika silahları ilə vuruşurlar”,- deyə nazir bildirib.

Lavrov vurğulayıb ki, ABŞ administrasiyası hər dəfə Ukraynaya getdikcə daha çox uzaq mənzilli, öldürücü sistemlər tədarük etməklə hədələyir.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri hesab edir ki, Moskva ilə Vaşinqton arasında münasibətlər qorunmalıdır. "Ən azı, amerikalıların ayılacağına ümidimizi itirmirik və onlar yenə də hansısa dialoqu bərpa edəcəklər. Baxaq, gözləmək çox çəkməyəcək", - o deyib.

Tunar Altunbay