Rusiya Müdafiə Nazirliyinin binasında YANĞIN

 22:09 05.04.2023     708

Yanğın Moskvanın mərkəzində, Znamenka küçəsində Rusiya Federasiyası Müdafiə Nazirliyinin binalarından birində başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a təcili yardım xidmətlərindən məlumat verilib.

"Znamenka küçəsi 19 ünvanında Müdafiə Nazirliyinin ərazisindəki binalardan birində yanğın başlayıb. Üçüncü mərtəbənin pəncərəsindən güclü yanma müşahidə olunur",- xidmətin əməkdaşı bildirib.

Onun sözlərinə görə, 2-ci dərəcəli həyacan siqnalı çalınıb. Yanğın olan mərtəbə bütü yanıb", - məlumatda qeyd olunub.

Xatırladaq ki, 2016-cı ilin aprelində də Müdafiə Nazirliyinin binalarından birində 3500 kvadratmetr sahədə yanğın baş verib, daha sonra yanan binanın damı çöküb.

Tunar Altunbay