Sabah 800 min fransalı küçələrə axışacaq

 22:35 05.04.2023     736

Fransada pensiya islahatlarına qarşı etirazlar səngimir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, aprelin 6-da keçiriləcək etiraz aksiyasında 800 minə yaxın insanın iştirak edəcəyi gözlənilir.

Fransanın daxili işlər naziri Jerald Darmanen aksiyalarda təhlükəsizliyin təmin olunmasına 11,5 min polis və jandarmın cəlb olunacağını bildirib.

Xatırladaq ki, Fransada qalmaqallı pensiya islahatları layihəsi təqaüd yaşının 62-dən 64-ə qaldırılmasını, habelə bəzi xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutur. Hökumətin pensiya islahatı ölkədə kütləvi etirazlara səbəb olub.