Con Kennedinin qardaşı oğlu ABŞ prezidenti olmaq istəyir

 10:02 06.04.2023     744

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedi 2024-cü il prezident seçkilərində iştirak etmək üçün müraciət edib.

Redaktor.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, Robert Kennedi 2024-cü ildə Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq üçün Federal Seçki Komissiyasına sənədlər təqdim edib.

Ağ Evin hazırkı rəhbəri Co Bayden isə prezident seçkilərində iştirakını hələ rəsmən açıqlamayıb.

Həmidə İbrahimli

Vumart və Güvən reklamı Vumart Güvən