Ukraynada rusların daha 390 hərbçisi, 1 helikopteri MƏHV EDİLDİ

 10:00 06.04.2023     281

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 176630 (+390) nəfər canlı qüvvəsi, 3631 (+2) tank, 7013 (+8) ədəd zirehli döyüş maşını, 2714 (+7) ədəd artileriya sistemi, 532 (+0) reaktiv yaylım atəşi sistemi, 281 (+1) hava hücumundan müdafiə sistemi, 306 (+0) təyyarə, 292 (+1) helikopter, 2287 (+4) PUA, 911 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5574 (+1) avtomobil texnikası və avtosistern, 302 (+3) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2