Həbs olunmağı Trampa milyonlar qazandırdı

 10:18 06.04.2023     603

ABŞ-ın keçmiş prezidenti Donald Tramp aprelin 4-də  Nyu-York məhkəməsində həbs olunduğu günü “indiyə qədərki ən yaxşı gün” adlandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə özünün "Truth Social" sosial şəbəkəsində yazıb:

"Bu, əsassız ittihamlardan sağ çıxan biri üçün inanılmaz bir təcrübə, bəlkə də tarixdə ən yaxşı gün idi".

Siyasətçi qeyd edib ki, həbs və ittihamların irəli sürülməsi onun 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək planlarına müsbət təsir edib. “Mənim reytinqlərim heç vaxt bu qədər yüksək olmayıb, seçkiqabağı kampaniya üçün 10 milyon dollar toplandı və gün çox mühüm çıxışla başa çatdı”,- deyə o qeyd edib.

Bundan əlavə, Trampın seçki kampaniyası ilə bağlı maliyyə vəsaiti toplayan internet saytında üstündə Trampın həbs olunan zaman hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən çəkilmiş fotoşəkil olan köynək almaq imkanı təklif olunur. Şəklin altında “günahsız” yazısı var.

Xatırladaq ki, martın 30-da Nyu Yorkda böyük münsiflər heyəti Trampı pornoqrafik aktrisa Stormi Danielsə pul ödəməsində Trump Organization-un maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə ittiham etmək üçün səs verib.

Bu ittihamlarla Tramp ABŞ qanunlarına uyğun olaraq təxminən iki saat həbs olunub və sonra Nyu-Yorkdan Floridaya uçub.

Tunar Altunbay