İsrail ərazisi raket atəşinə tutuldu

 10:34 06.04.2023     329

Qəzza zolağından olan fələstinli radikallar cümə axşamı yeddi yer-hava raketi atıblar, onlardan beşi İsrail ərazisinə, daha ikisi Aralıq dənizinə doğru uçub.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Qəzza zolağına bitişik ərazilərdə hava hücumundan müdafiə sirenlərinin səslənməsi barədə xəbərlərdən sonra sizə bildiririk ki, Qəzza zolağından yeddi “yer-hava” raketi buraxılıb və havada partlayıb, beşi İsrail ərazisinə, ikisi isə dənizə doğru atılıb”, - bəyanatda deyilir. 

Bundan əvvəl ordunun mətbuat xidməti bildirmişdi ki, İsrailin Qəzza zolağı ilə sərhədə bitişik yaşayış məntəqələrində hava hücumu sirenləri səslənib.

Bundan əlavə, hərbçilər çərşənbə günü axşam Fələstin anklavından olan radikalların İsrailə iki raket atdığını bildiriblər. Ordudan verilən məlumata görə, onlardan biri Qəzza zolağının özündə, ikincisi isə sərhəddəki ayırma hasarının olduğu ərazidə partlayıb.

Turan İSMAYIL