Ermənistanda ehtiyatda olan hərbçilər təlimə ÇAĞIRILDI

 12:59 06.04.2023     379

Ermənistan höküməti ehtiyatda olan hərbçiləri mayın 1-dən iyulun 7-dək təlim-məşq toplanışına çağırıb.

Redaktor.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə hökumətin bu gün keçirilən iclasında qərar qəbul olunub.

Qərara əsasən, toplantılar aprelin 15-dən iyunun 15-dək keçiriləcək.

Bu təlimlərdə 953 nəfərə qədər vətəndaş iştirak edəcək ki, onlardan 476 nəfəri kiçik çavuş və sıravi, 25 nəfəri baş rütbəli zabit, 452 nəfəri isə zabitdir.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən