Ərdoğan Nazirlər Kabinetini tamam DƏYİŞƏCƏK

 14:35 06.04.2023     402

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, mayın 14-də keçiriləcək prezident və parlament seçkilərindən sonra formalaşacaq yeni hökumətdə dəyişikliklər gözlənilir və 18 nazirin hamısı parlament seçkilərində iştirak edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Hürriyyət" qəzeti məlumat yayıb.

"6000-dən çox müraciətə baxmışıq, bir çox adlar üzərində işləyirik. Onların arasında yazıçılar, rəssamlar, ziyalılar var. Yeni Nazirlər Kabinetinin formalaşdırılması və Prezident administrasiyasında sürprizlər olacaq",– deyə qəzet Ərdoğanın sözlərindən sitat gətirir.

“Hürriyet”in məlumatına görə, Türkiyənin vitse-prezidenti Fuat Oktay Ankaradan, müdafiə naziri Hulusi Akar Kayseri vilayətindən, xarici işlər naziri Mevlüt Çavuşoğlu Antalyadan deputatlığa namizəd olacaq. İstanbuldan olan deputat mandatı uğrunda daxili işlər naziri Süleyman Soylu, ekologiya və şəhərsalma naziri Murat Kurum və nəqliyyat naziri Adil Karaismailoğlunun mübarizə aparacağı gözlənilir. Ədliyyə naziri Bəkir Bozdağ Şanlıurfa vilayətindən, Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca fevral ayında baş verən zəlzələlərdən ciddi ziyan çəkən Hatay vilayətindən namizəd olacaq.

“Hürriyet”in məlumatına görə, Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası seçkilərdən sonra 60% yenilənəcək. Partiyadan deputatlığa namizədlərin siyahısı aprelin 9-dək, seçkilərdə iştirak edən partiyalar tərəfindən səlahiyyətlərə təqdim edilmə müddəti başa çatanadək ölkə YSK-ya təqdim olunacaq.

Tunar Altunbay