Türkiyədə sürücü mikroavtobusu piyadaların üzərinə sürdü: Ölü və yaralılar var - FOTO

 14:46 06.04.2023     323

Türkiyənin Adana şəhərində sürücü mikroavtobusu piyadaların üzərinə sürüb.

Redaktor.az xəbər verir ki, şəxsiyyəti müəyyən edilməyən sürücü mikroavtobusla bulvarda dayanacaqdakı şəxsləri vurub.

Həmin vaxt dayanacaqda olan 71 yaşlı Halil Çiftçi həyatını itirib, 7 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar (oxu.az).