"Rusiya və Belarus hökumətləri “anti-böhran qərargahı” rejimində işləyirlər" - Lukaşenko

 16:48 06.04.2023     365

Rusiya və Belarus hökumətləri son bir il ərzində antiböhran qərargahı rejimində işləyir və uğur qazanıblar.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin 6-da İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında bildirib.

"Keçən ildən etibarən ölkələrimizin hökumətləri faktiki olaraq anti-böhran qərargahı rejimində işləyirlər və demək lazımdır ki, iqtisadiyyatın uyğunlaşdırılmasında, yeni logistik marşrutların qurulmasında nəzərəçarpacaq nəticələr əldə ediblər", - Belarus lideri deyib.

Turan İSMAYIL