Kremldə Putinlə Lukaşenkonun təkbətək görüşü keçirildi

 17:21 06.04.2023     692

Moskvada Kremldə Rusiya və Belarus prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenkonun təkbətək görüşü başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Qeyd edək ki, Belarus prezidenti Lukaşenko İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında iştirak etmək üçün dünən Rusiyaya gəlib.

Tunar Altunbay