"Rusiya ABŞ-ın Avropadakı nüvə silahlarına layiqli cavab verəcək" - Peskov

 18:02 06.04.2023     293

"Amerikanın Avropadakı bazalarındakı nüvə silahı Rusiya Federasiyasını narahat edir".

Redaktor.az xəbər verir ki. bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində deyib.

O, Moskvanın Vaşinqtonun Avropadakı bazalarda bu cür silahlar yerləşdirməsindən narahat olub-olmaması sualına müsbət cavab verib: “Elədir”.

Peskov Rusiyanın buna necə cavab verəcəyi ilə bağlı suala isə qısa cavab verib:

“Müvafiq bir şəkildə...”

Tunar Altunbay