İsrailə Livan ərazisindən 34 raket atıldı

 19:01 06.04.2023     383

Bu gün Livan ərazisindən İsrailə 34 raket atılıb.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"İsrailin şimalında Qərbi Qaliley bölgəsində həyacan siqnalından sonra Livan ərazisindən İsrail ərazisinə atılan 34 raket aşkarlanıb. 25 raket İsrail Müdafiə Qüvvələrinin hava hücumundan müdafiəsi tərəfindən ələ keçirilib. Beş raket İsrail ərazisinə düşüb. Dörd əlavə buraxılışa gəlincə, raketlərin yeri barədə məlumat dəqiqləşdirilir”, - deyə məlumatda bildirilir.

Mətbuat xidməti onu da qeyd edib ki, məlumatlar yekun deyil.

Tunar Altunbay