Melaniya Tramp boşanır

 21:44 06.04.2023     335

Xəbər verdiyimiz kimi, ABŞ-ın 45-ci prezidenti Donald Trampa Trampa ümumilikdə 34 maddə üzrə ittiham irəli sürülüb. 
Redaktor.az xəbər verir ki, porno aktrisa Stormi Danielsə “sus payı” olaraq pul ödəməsi ilə yanaşı, “Playboy” modeli Karen Makduqal ilə münasibət yaşadığı da ittihamlar arasındadır. İddiaya görə, Karen Makduqal susmaq üçün Trampdan 150 min dollar alıb. 

Nyu Yorkdakı məhkəmədə oxunan ittihamların heç birini qəbul etməyən Tramp məhkəmədən sonra Floridada kameralar qarşısına keçərək, mühakimə olunduğu iddiaların saxta olduğunu və bütün bunları “2024-cü il prezident seçkilərinə müdaxilə” kimi qiymətləndirdiyini söyləyib.

Onun qızı, oğlu və Respublikaçılar Partiyasının bir çox digər üzvləri Trampın mətbuat konfransında iştirak edərkən, həyat yoldaşı Melaniya Trampın kritik tədbirdə iştirak etməməsi diqqət çəkib. Hazırda bütün gözlər keçmiş birinci xanıma çevrilib. 52 yaşlı Melaniya Tramp indiyə kimi ərinin xəyanəti ilə bağlı iddialara səssiz qalıb.

Qalmaqallı açıqlamalar fonunda susmağa davam edən Melaniyadan fərqli olaraq cütlüyün yaxın dostları mətbuata diqqətçəkən açıqlamalar verib.

Adının açıqlanmasını istəməyən mənbə “People” jurnalına bildirib ki, 2005-ci ildən evli olan cütlüyün yolları çətinliklə kəsişir. Mənbə onların ayrı həyatlar sürdüyünü deyib.

“Melaniyanın digər qadınlardan heç bir fərqi yoxdur. Ərinin onu bir deyil, iki dəfə aldatmaqda ittiham edilməsi son dərəcə narahatedicidir. İnsanların Trampın cinayət məhkəməsindən sonra boşanma məhkəməsinə gedəcəyini düşünməsi təəccüblü deyil”. Ancaq mənbə qeyd edib ki, Melaniya Tramp bunları düşünmək əvəzinə ailəsinə diqqət yetirir. Melaniyanın hələ də çox əsəbi olduğunu və ərinə qarşı açılan davadan danışmaq istəmədiyini iddia edən mənbə, "O, ərinin kim olduğunu bilir. Ona görə də ailəsi və bir neçə yaxın dostu ilə nikbin olmağa çalışır", - deyə vurğulayıb. 

“Dailymail” qəzeti isə haqqında çoxlu iddialar irəli sürülən cütlüyün ötən həftə “Palm Beach” kurortunda birlikdə görüntüləndiyinə diqqət çəkərək, Melaniya Trampın həmişəki kimi ərinin arxasında dayandığını iddia edib.

Donald Trampın hakimiyyəti dövründə birinci xanımın aparat rəhbəri olmuş Stefani Qrişem “Dailymail”ə bildirib ki, Melaniya həyat yoldaşının hüquqi problemlərinin “onun öz problemi” olaraq görür: "Düşünürəm ki, Melaniya evləndiyi zaman ərinin kim olduğunu bilirdi. O, Trampa qarşı çox realist və praktik baxışa malikdir. Heç vaxt boşanmadan bəhs etməsə də, nə olursa olsun, ərinin yanında olacaq bir qadın kimi də görünmək istəmir. Özünü birinci yerə qoyur”.

Melaniyanın keçmiş müşaviri və yaxın dostu Stefani Uinston Volkoff isə “Page Six”ə bildirib ki, keçmiş birinci xanım qəsdən susur, hətta bundan silah kimi istifadə edir. "Melaniya “inkar qülləsi”ndə yaşayır" deyən Wolkoff, Melaniyanın baş verənlərə görə xəcalət çəkdiyini, lakin yenə də ərinin yanında olacağını iddia edib.

Qeyd edək ki, Trampın 2016-cı il seçki kampaniyasının ilk günlərindən boşanma şayiələri 52 yaşlı Melaniyanı təqib edir. ABŞ-ın ən zəngin daşınmaz əmlak agentlərindən biri olduğu günlərdə Donald Trampla evlənən Melaniyanın xüsusilə birinci xanım ikən əri ilə yayılan görüntüləri - küsmüş siması və soyuq davranışı onun “özündən 24 yaş böyük kişi ilə bədbəxt evliliyin əsiri" kimi görünməsinə səbəb olub. Hətta sosial mediada “#FreeMelania” çağırışları edilib, insanlar onun yaşadıqlarını "böyük əsarət" və "məişət zorakılığı" kimi qiymətləndiriblər (sfera).