Litva Belarusdan 120 milyon avro təzminat tələb edir
Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Belarusu bir çox bölgələrdən minlərlə insanın qeyri-qanuni miqrasiyasının təşkilində ittiham edərək, 120 milyon avro təzminat tələb edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Twitter” hesabından verdiyi açıqlamada o bildirib ki, hüquqi proses Litvanın ədliyyə naziri Evelina Dobrovolska tərəfindən başladılıb.
Dobrovolska həmçinin “Twitter” hesabında bildirib ki, 2021-ci ildən Belarusdan Litvaya keçib Avropa İttifaqına (Aİ) daxil olmaq istəyən qeyri-qanuni miqrantların sayı artıb.
Qeyd olunub ki, Belarus tələbi qəbul etməsə, Litva Beynəlxalq Məhkəməyə müraciət edəcək.