“İsveçin iyul ayına kimi NATO-ya üzv olacağına əminik” - Blinken

 11:05 07.04.2023     277

Amerika Birləşmiş Ştatları administrasiyası əmindir ki, 11-12 iyulda Vilnüsdə alyansın iştirakçısı olan ölkələrin sammitinə qədər İsveç Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olacaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu "Euronews" telekanalına müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken deyib.

Dövlət katibi İsveçin "Yaxın gələcəkdə NATO-ya daxil olacağına inanırmı?" sualına isə bunun tezliklə baş verəcəyini deyib.

“İyulda Vilnüsdə keçiriləcək NATO sammitinə qədər İsveç və Finlandiyanın NATO-nun iki yeni üzvü kimi qoşulacağını gözləyirəm",- o əlavə edib.

Blinken xatırladıb ki, Türkiyə və Macarıstan hələ də İsveçin alyansa daxil olmasına dair sazişi ratifikasiya etməyiblər:

"Türkiyənin qanuni maraqları var və bu problemlərin bəzilərini həll etmək üçün həm Finlandiya, həm də İsveçlə birbaşa və uğurla çalışıb. Düşünürəm ki, siz bu prosesin uğurunu Finlandiyanın NATO-ya qəbulunda görmüsünüz. Mən tam olaraq eyni şeyin olacağını gözləyirəm.”,- Blinken vurğulayıb.

Onun sözlərinə görə, ABŞ administrasiyası hesab edir ki, Ankaranın Vaşinqtondan "F-16" qırıcıları alması məsələsi İsveçin NATO-ya daxil olması ilə bağlı deyil:

"Bizim üçün bu, tamamilə ayrı bir məsələdir. Biz yeni "F-16"larla bağlı məsələdə Türkiyəni dəstəkləyirik. Bu ABŞ prezidenti Co Baydenin administrasiyası ilə asılı deyil. İsveçin NATO-ya daxil olma prosesi və ya bu baxımdan hər hansı digər məsələ ilə bağlıdı”,- dövlət katibi fikrini yekunlaşdırıb.

Arzu İSMAYIL