ABŞ Ukraynaya əks-hücumda dəstək verəcək

 11:30 07.04.2023     318

ABŞ və digər tərəfdaşları Ukraynaya Rusiya tərəfindən işğal olunmuş əraziləri geri qaytarmaq üçün hər cür köməklik göstərəcəklər. Həmçinin Ukraynanın əks hücumu da dəstəklənəcək.

Redaktor.az Almaniyanın "n-tv" nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə,  Ukraynanın tərəfdaşlarının iki məqsədi var.

"!Onlardan biri Ukraynaya əraziləri geri almağa davam etmək üçün əlimizdən gələni etməkdir. Buraya qarşıdakı həftələrdə başlaması ehtimal olunan əks-hücum daxildir. İkincisi isə Ukraynaya uzunmüddətli potensialının yaradılmasında dəstəkdir”, - ABŞ dövlət katibi bildirib.

Blinken onu da əlavə edib ki, Rusiya işğalşılıq siyasətini dəyişənə qədər bu dövlətə qarşı sanksiyalar və ixrac nəzarətinin görünməmiş təzyiqinin davam etməsi təmin olunacaq.

Tunar Altunbay