İsrail Qəzzaya cavab zərbələri endirdi

 11:44 07.04.2023     259

Fələstin radikalları İsrailin ərazisini iki gün dalbadal raket atəşinə tutublar.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, İsrail ordusu yenidən Qəzza zolağına cavab zərbələri endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Ordunun "Twitter" səhifəsində qeyd edilib ki, İsrail Müdafiə Qüvvələri hazırda Qəzza zolağına hücum edir. Təfərrüatlar bundan sonra veriləcək.

İsrailin şimalında vəziyyətin gərginləşməsi ölkənin Qəzza zolağına bitişik cənub rayonlarında da vəziyyəti ağırlaşdırıb.

Oradan fələstinli radikallar İsrail ərazisini iki gün dalbadal raket atəşinə tutublar. Eyni zamanda, artıq bir neçə dəfə fələstinlilərlə İsrail təhlükəsizlik qüvvələri arasında toqquşmaların baş verdiyi Məbəd dağında və Qüdsdə gərginlik artıb.

Arzu İSMAYIL