Ermənistan ABŞ-ın keçirəcəyi hərbi təlimlərə qatılacaq

 15:27 07.04.2023     391

2023-cü ildə Ermənistan hərbçiləri ABŞ-ın Avropada planlaşdırdığı iki hərbi təlimdə iştirak edəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə hərbi idarənin mətbuat katibi Aram Torosyan bildirib.

“Ermənistan Müdafiə Nazirliyi bu il ABŞ Ordusunun Avropadakı komandanlığı tərəfindən təşkil edilən daha iki hərbi təlimdə, NATO-nun himayəsi altında Kosovo, Metoxiya və Saber qovşağında Beynəlxalq Missiya qüvvələrinin tərkibində iştirakı planlaşdırılır”,- deye bildirib.

Xatırladaq ki, bundan əvvəl Pentaqon “Defender Europe” təlimlərində digər ölkələrlə yanaşı Ermənistanın da iştirak edəcəyini bildirsə də, sonradan iştirakçılar siyahısından çıxarılıb.

Arzu İSMAYIL