Cənubi Koreya prezidenti Rusiyadakı səfiri nazir müavini təyin etdi

 16:13 07.04.2023     370

bu ölkənin Rusiyadakı səfiri Çan Ho Jinin respublika xarici işlər nazirinin birinci müavini vəzifəsinə namizədliyini irəli sürüb.

Redaktor.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb. Hazırkı nazirin birinci müavini Ço Hyunq Don ABŞ-a səfir kimi göndəriləcək.

Koreya Respublikasının Vaşinqtondakı əvvəlki səfiri Ço Tae Yonq bundan əvvəl Koreya Respublikası Prezident Administrasiyasının milli təhlükəsizlik şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.

Dəyişikliyə milli təhlükəsizlik departamentinin əvvəlki rəhbəri Kim Sonq Hanın istefası səbəb olub.

Qeyd edək ki, martın 29-da o, şəxsi həyatında yaranan “anlaşılmazlıq” səbəbindən vəzifəsindən getdiyini açıqlayıb.

Cənubi Koreya mətbuatının məlumatına görə, aprelin sonunda Cənubi Koreya liderinin ABŞ-a səfəri üçün proqramın hazırlanması zamanı çətinliklər yaranıb. Amerika tərəfi sammit zamanı Cənubi Koreya və Amerika estrada ulduzlarının çıxışını təşkil etməyi təklif etsə də, proqramla bağlı razılaşma gecikib, prezidentə vaxtında məlumat verilməyib.

Cənubi Koreya liderinin administrasiyasında izah edildiyi kimi, Canq Ho Jin və Ço Yunq Donun rəsmi təyinatı kabinet iclasından sonra baş tutacaq.

Arzu İSMAYIL