"İsrail düşmənlərə sərt cavab verəcək" - Netanyahu

 16:24 07.04.2023     433

“İsrail həmişə bütün rəqiblərinə sərt cavab verəcək və onları yəhudi dövlətinə qarşı aqressiv hərəkətlərinə görə bunu ağır ödəyəcək”

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hərbi-siyasi kabinetin əsas nazirlərinin iştirakı ilə başa çatan iclasda deyib. Baş nazirin açıqlamaları onun ofisi tərəfindən yayılıb

Livan ərazisindən İsrailin şimalına kütləvi raket hücumundan sonra təcili olaraq çağırılan iclasdan sonra baş nazir deyib ki, bu gecə və gələcəkdə tərəflər ağır bədəl ödəyəcək.

Netanyahunun ofisi həmçinin qeyd edib ki, iclas zamanı bir sıra vacib qərarlar qəbul olunub.

"Onların hamısı İsrail Müdafiə Qüvvələrinə və təhlükəsizlik xidmətlərinin tövsiyələrinə əsaslanır. Ölkənin həm şimalında, həm də cənubunda İsrail vətəndaşlarının atəşə tutulmasına cavab olaraq qəbul edilib",- məlumatda deyilir.

Görüş zamanı İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Qəzza zolağı ərazisinə endirilən zərbələri açıqlayıb. Onun sözlərinə görə, onların hədəfi Fələstinin radikal HƏMAS təşkilatının iki silah emalatxanası və terror fəaliyyəti üçün istifadə edilən iki yeraltı tunel olub.

Fələstin-İsrail münaqişəsi ətrafında gərginliyin artması Qüdsdəki Məbəd dağında fələstinlilərin və İsrail polisinin iştirakı ilə baş verən insidentlərdən sonra başlayıb.

Arzu İSMAYIL