Rusiya müsəlman əsirləri dəyişdirməkdən imtina etdi

 20:22 07.04.2023     928

Ukrayna ruslara İslam dininin tərəfdarları üçün müqəddəs ay olan Ramazan ayının başlanması şərəfinə əsir götürülən bütün müsəlmanları dəyişdirməyi təklif edib. Moskva belə bir təşəbbüsdən imtina edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” radiosuna müsahibəsində Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Daria Zarivnaya danışıb.

"Biz onların mədəniyyətinə və adət-ənənələrinə hörmət əlaməti olaraq hər iki tərəfdən müsəlmanların "hamı üçün" mübadiləsi təklifi ilə çıxış etdik. Təəssüf ki, Rusiya tərəfi bu ideyanı çox həvəssiz qəbul etdi", - Zarivnaya bildirib.

Onun sözlərinə görə, belə bir təşəbbüs Ukraynanın əsirlərin mübadiləsi ilə bağlı çoxsaylı yaradıcı qərarlarından biridir.

"Bizim danışıqlar qrupumuz fəal mövqe ilə xarakterizə olunur. Bu, davam etdirilməli olan asan proses deyil, daim özümüzdən daha çox şey əldə etmək üçün yeni yollar axtarır", - Zarivnaya əlavə edib.

Turan İSMAYIL