Bayden Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzatdı

 21:07 07.04.2023     340

ABŞ prezidenti Co Bayden Rusiyanın Amerikanın seçki proseslərinə müdaxiləsi bəhanəsi ilə, eləcə də Ukraynada xüsusi əməliyyata başlayandan sonra tətbiq etdiyi bir sıra sanksiyaların müddətini bir il uzadıb.

Redaktor.az xəbər verir ki, bu barədə cümə günü  Ağ Evin yaydığı sənədlərdə deyilir.

Sənəddə Rusiyanın ABŞ-a qarşı zərərli fəaliyyətlə məşğul olduğu, həmçinin, Moskvanın ABŞ-ın, onun müttəfiqlərinin və tərəfdaşlarının ərazisində azad və ədalətli demokratik seçkilərin keçirilməsinə mane olmaq və demokratik təsisatları sarsıtmaq cəhdləri, habelə zərərli kibernetik fəaliyyətlərdə iştirakı qeyd edilib.

Bununla yanaşı, Vaşinqton administrasiyası Rusiyanın dövlətlərin ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərini pozduğunu iddia edir.

"Ona görə də 14024 saylı fərmanla elan edilmiş fövqəladə sanksiyaları bir il müddətinə uzadıram",- Bayden imzaladığı sənəddə yazılıb.

Tunar Altunbay