Silahlı şəxs Rusiya Müdafiə Nazirliyinin binasına soxulmağa cəhd etdi

 22:00 07.04.2023     477

Bu gün Moskvanın mərkəzində silahlı şəxs Rusiya Müdafiə Nazirliyinin binasına girməyə cəhd edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

"Hadisə Müdafiə Nazirliyinin baş qərargahının yaxınlığında, Frunzenskaya sahilində yerləşən nəzarət-buraxılış məntəqəsində baş verib. Natamam geyimdə olan şəxs tapança ilə nazirliyin ərazisinə daxil olmağa cəhd edib. Eyni zamanda o, yüksək səslə qışqıraraq, silahını yelləyib. Qanunu pozan dərhal saxlanılıb, o, əməlinin səbəbini izah edə bilməyib”, - deyə məlumatda bildirilib.

Hadisə zamanı xəsarət alan olmayıb.

İlkin məlumatlara görə, həmin şəxs özü ilə pnevmatik silah götürüb, daha dəqiqi ekspertizadan sonra məlum olacaq. Rusiyalıya qarşı xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib, psixiatriya şöbəsinə müayinəyə göndərilib.

Xatırladaq ki, Martın 16-da Rostov vilayətində FSB-nin binasında yanğın baş verib.

Əvvəlcə onlar “qısaqapanma” elan ediblər, lakin sonradan məlum olub ki, yanğın təhlükəsizlik qüvvələrinin Ukraynaya məxsus pilotsuz uçan aparatını sökməyə cəhd edərkən baş verib.

Aprelin 5-də axşam saatlarında Moskvanın mərkəzində Rusiya Federasiyası Müdafiə Nazirliyinin binası yanıb.

Moskvanın mərkəzində Müdafiə Nazirliyinin binasında baş verən yanğının səbəbi rəsmi olaraq elektrik şəbəkəsinin fövqəladə rejimi olub.

Tunar Altunbay