“Zelenski korrupsiyanı sona çatdıra bilməyib” - Arestoviç

 22:59 07.04.2023     456

"Ukraynaya ölkəni korrupsiayadan təmizləyə bilən prezident lazımdır".

Redaktor.az  xəbər verir ki, bunu Ukrayna Prezidentinin aparat rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç jurnalistlərə açıqlaması zamanı bildirib. 

"Zeleniski korrupsiayanı sona çatdıra bilməyib. Oğurluq etməyəcək bir adamın hakimiyyətə gəlməsi üçün Ukraynaya yalnız bir şey lazımdır. Özü oğurluq etməsin və başqalarına da imkan verməsin. Təəssüf ki, indiyə qədər bəxtimiz gətirmədi”, - deyə Arestoviç vurğulayıb.

Keçmiş müşavir qeyd edib ki, indiki prezident korrupsiyanın öhdəsindən tam gələ bilməyib.