İranda erməni kilsəsində yanğın

 12:15 08.04.2023     352

İranın Bəndər-i Ənzəli şəhərində yerləşən erməni kilsəsində yanğın baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “IRNA” agentliyi yayıb. 

Məlumata görə, kilsəyə yaxın ərazidə yerləşən restoranlardan birində başlayan yanğın, kilsəyə də keçib. Hadisə nəticəsində kilsəyə ciddi zərər dəyməyib. 

Hazırda yanğının səbəbi araşdırılır.