Prezidentin nənəsi vəfat etdi

 16:11 08.04.2023     433

Türkmənistan rəsmiləri türkmən xalqının milli lideri, Xalq Şurasının sədri və eks-Prezident Qurbanqulu Berdiməhəmmədovun anasının vəfat etdiyini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə TDX dövlət agentliyi məlumat yayıb.

Oqulabat Berdiməhəmmədovanın 86 yaşında vəfat etdiyi açıqlanıb.

Xatırladaq ki, Oqulabat Berdiməhəmmədova hazırkı dövlət başçısı Sərdar Berdiməhəmmədovun da nənəsidir.

Bu arada Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov nənəsinin ölümü ilə əlaqədar aprelin 10-11-də Tacikistana planlaşdırılan səfərini təxirə salıb.

Bununla əlaqədar olaraq Tacikistan və Türkmənistan İşgüzar Şurasının ilk iclası və iki ölkə sahibkarlarının biznes forumu ləğv edilib.

Ötən gün Tacikistan lideri Emoməli Rəhmon Türkmənistan Xalq Şurasının sədri və eks-Prezident Qurbanqulu Berdiməhəmmədovun anası Oqulabat Berdiməhəmmədovanın vəfatı ilə bağlı başsağlığı verib.

Oqulabat Berdiməhəmmədovanın 86 yaşında vəfat etdiyi bildirilir.