Amerikada İran kəşfiyyatına işləyən qadın həbs edildi

 16:30 08.04.2023     451

Nyu-York Federal Məhkəməsi İran əsilli Amerika vətəndaşı Niləfər Bahadorifərini 4 il azadlıqdan məhrum edib.

Redaktor.az "Azad İran"a istinadla xəbər verir ki, iranlı qadın ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda və Amerikada yaşayan iranlı müxalif jurnalist Məsih Əlinejadı oğurlamağı planlaşdıran İran kəşfiyyatının əməkdaşlarına maliyyə yardımı göstərməkdə ittiham olunub.

Məhkəmənin hakimi çıxarılan hökmü ABŞ-da Amerika vətəndaşlarına qarşı təxribat xarakterli hərəkətlər etmək niyyətində olanların hamısına mesaj olduğunu deyib.

Qeyd edək ki, oğurlanmasına cəhd edilən Məsih Əlinejad tanınmış jurnalist, feminist və hüquq müdafiəçisidir.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən