Rusiyanın beynəlxalq təşkilatlardakı mövqelərinə AĞIR ZƏRBƏ

 19:30 08.04.2023     189

Rusiya dövləti beynəlxalq təşkilatlarda mövqelərini bir-bir itirir.

Redaktor.az xarici agentliklərə istinadən xəbər verir ki, bu həftə Rusiya BMT-nin üç orqanına seçkilərdə məğlub olub.

Rusiya BMT-nin İqtisadi və Sosial Şurasının Qadınların vəziyyəti ilə bağlı Komissiyada yer uğrunda mübarizədə Rumıniyaya uduzub. Rusiya həmçinin UNICEF-in icraçı şurasına üzvlük uğrunda mübarizədə Estoniyaya, Cinayətin Qarşısının Alınması və Cinayət Mühakiməsi Komissiyasındakı yer üçün keçirilən seçkilərdə Çexiya və Ermənistana məğlub olub.

Rusiya sadəcə Sosial İnkişaf Komissiyasına üzv seçilə bilib. Qeyd edək ki, ABŞ və Böyük Britaniya Rusiyanın Ukraynaya müdaxiləsinin beynəlxalq hüquq normalarının pozulması kimi dəyərləndirərək, həmin komissiyada iştirak etmir. Rusiya həmin ölkələrin olmamasından istifadə edərək eyni qaydada Beynəlxalq Mühasibat Uçotu və Hesabat Standartları üzrə Ekspertlərin Hökumətlərarası İşçi Qrupuna daxil olmağı bacarıb.

Xatırldaq ki, bu ilin aprelin 1-dən Rusiya BMT Təhlükəsizlik Şurasının sədridir.

Avropa Birliyinin xrici siyasət idarəsinin rəhbəri Cozef Borrel Rusiyanın sədrliyinin 1 aprel tarixinə, yəni gülüş aldatma gününə uyğun gəlməsinə diqqət çəkib. Ukrayna Xarici işlər nazirliyi bunu “dünyada ən pis aprel zarafatı” adlandırıb.