İdarəsiz qalan avtobus piyadaları əzdi - 4 nəfər öldü

 22:15 08.04.2023     354

Qazaxıstanın Çimkənd şəhərində idarəsiz qalan avtobus piyadaları əzib.

Redaktor.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, iki nəfər yaralanıb.

Bildirilir ki, sürücü avtobusu əl əyləcinə qoyaraq nəqliyyat vasitəsini tərk edib. Bu zaman avtobus əks tərəfə keçib, və piyadaların üzərinə çıxıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.