İsrail Tel-Əvivdəki Fələstin ərazilərinin blokadasını uzatdı

 22:28 08.04.2023     310

İsrailin müdafiə naziri Yoav Qalant ötən gecə Təl-Əvivdə törədilən terror aktından sonra şənbə günü İordan çayının qərb sahilində Fələstin ərazilərinin blokadasını və Qəzza zolağı ilə sərhəddəki nəzarət-buraxılış məntəqəsinin bağlanmasını aprelin 13-dək uzatmağı əmr edib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

İsrail ordusu 5 aprel saat 17:00-dan (Bakı 18:00) pesax ayının ilk günündə Fələstin ərazilərini blokadaya alıb. Keçid məntəqəsinin açılışı və blokadanın götürülməsi aprelin 9-da gecə yarısı baş verməli idi.

Cümə günü axşam saatlarında Təl-Əvivdə törədilən terror aktı nəticəsində İtaliyadan olan bir turist həlak olub, daha 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.