Ərdoğan israilli həmkarı ilə telefonla danışdı

 23:45 08.04.2023     318

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Prezidenti İshak Hersoq arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Ərdoğan İsrail Prezidenti ilə danışıqlarda Məscidül-Əqsaya edilən hücumların müsəlmanlarla bərabər bütün bəşəriyyətin vicdanına toxunduğunu bildirib.

Türkiyənin dövlət başçısı Qəzza və Livana sıçrayan gərginliyin artmasına imkan verilməməsinin lazım olduğunu vurğulayıb.